Türkiyə keçən il Çindən gələn elektromobillərinə əlavə gömrük rüsumları tətbiq etdikdən sonra oxşar addım Avropa İttifaqından da gəlir.

İndex.az xəbər verir ki, yayılan məlumatlara görə, Aİ əlavə vergi ilə bağlı qərarı bu həftə açıqlayacaq.

Aİ-nin idxal olunan elektromobillər üçün standart vergi dərəcəsi hazırda 10% təşkil edir.

Lakin iyulun 4-dən etibarən Çin istehsalı olan elektromobillər üçün bu dərəcə müvəqqəti olaraq artırılacaq.

Məlumata görə, bu göstəricinin 25-30%-ə çatdırılması tamamilə mümkündür.

Bəzi analitiklər standart vergi dərəcəsinin 20%-ə yüksəldilməsi ehtimalının daha çox olduğunu düşünürlər.