AZ

Belarus Nümayəndələr Palatasının sədri: Azərbaycanla birgə müəssisə yaratmaq lazımdır

Belarus və Azərbaycan arasında birgə müəssisələr yaradılmalıdır.

“İki sahil” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşü zamanı deyib.

“Ticari-iqtisadi əməkdaşlıqdan danışarkən, çox gözəl başa düşürük ki, qarşıya qoyulan hədəf çox yüksəkdir və bu il ən yüksək göstəriciyə çatmışıq. Lakin prezidentlərin qarşıya qoyduğu vəzifə 2030-cu ilədək ticarət dövriyyəsini 1 milyard ABŞ dolları səviyyəsinə çatdırmaqdır. Bu isə ilk növbədə sənayeçilərimizin və kənd təsərrüfatı istehsalçılarımızın üzərinə düşür. Burada ən əsası müəyyən müəssisələrin işində iştirak etməklə deputat korpusu üçün yer tapmaq, təşəbbüslər irəli sürmək və onları daha da inkişaf etdirməkdir”, - İ.Sergeyenko bildirib.

Onun sözlərinə görə, Azərbaycan məhsullarına Belarusda tələbat olduğu kimi, Azərbaycanda da Belarus məhsullarına tələbat var: “Belarusdakı Azərbaycan ticarət evi haqqında çox danışılıb. Bu ticarət evini doldurmaq, inkişaf etdirmək və hətta çox güman ki, Belarusda bir az daha tanıtmaq etmək olar ki, fərqli spektrdə məhsullarınız xalqımıza tanış olsun”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
ikisahil.az

1Mənbələr