AZ

Laçında evləri və həyətləri su basıb - SƏBƏB - VİDEO

Laçına ötən gün güclü yağış yağıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə  görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, günün ikinci yarısı, saat 18:00 radələrində yağış başlayıb və bir müddət sonra güclənib. Nəticədə küçələri və evlərin həyətini su basıb. 
Təəssüf ki, işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin lazımi səviyyədə aparılmaması, yağış və sel sularının düzgün idarə olunmaması, kanalizasiya sisteminin düzgün qurulmaması xoşagəlməz mənzərənin yaranmasına səbəb olur. Sözügedən bölgədə fəaliyyət göstərən tikinti şirkətlərinin əksəriyyəti mövcud şəraiti dəyərləndirmədən, kortəbii və başdansovdu işlər görürlər. Nəticədə əlverişsiz hava şəraitində rayon sakinləri çətinlik yaşayırlar.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
avtosfer.az

1Mənbələr