AZ

Borrell: Aİ ölkələri Ukrayna üzrə həmrəyliyi Qəzzadakı vəziyyətlə bağlı göstərə bilmir

Aİ ölkələri Ukrayna ilə bağlı nümayiş etdirdikləri həmrəyliyi Qəzzadakı vəziyyətlə bağlı göstərə bilmir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell EUISS-in illik konfransında deyib.

“Biz Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsində eyni mövqedəyik, həmrəyik, ancaq biz Qəzzadakı vəziyyətlə bağlı həmrəy deyilik. Mən heç vaxt Fələstin-İsrail münaqişəsində Aİ-yə üzv ölkələr arasında belə ciddi bölünmə görməmişəm”, - Borrell vurğulayıb.

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, İsrail-Fələstin münaqişəsinin Ukrayna münaqişəsi kimi geostrateji nəticələri yoxdur: “Mən demirəm ki, ümumiyyətlə nəticələri yoxdur, sadəcə Ukraynadakı müharibənin nəticəsi ilə eyni nəticələrə malik deyil. Ukraynadakı müharibənin nəticələri bizim regionun təhlükəsizliyinə, balansa ciddi təsir edəcək. Ona görə də biz bu müharibədə Putinin qələbəsini qeyri-mümkün etmək üçün əlimizdən gələn bütün səyləri göstərməli, bu işğala qarşı Ukraynanın dayanıqlı olması üçün əlimizdən gələni etməliyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
3
apa.az

4Mənbələr