AZ

Moskvada təhlükəli anlar: Təyyarə "uçan at"la rastlaşdı

Novosibirskdən Moskvaya uçan Rusiya aviaşirkətinə məxsus "Boeing 737" təyyarə ilə paytaxt səmasında “ata” yaxınlaşıb.

Bakupost.az "MK"-ya istinadla xəbər verir ki, pilotlar eniş etmək üçün dönərkən dispetçerlərə 518 metr hündürlükdə "uçan at" müşahidə etdiklərini bildiriblər.

"Regnum" agentliyinin məlumatına görə, təhlükəli yaxınlaşma səbəbindən hava limanı xidmətləri yoxlamaya başlayıb. Sonda məlum oldu ki, “uçan at” hava balonudur. Təyyarə təhlükəsiz şəraitdə yerə enib.

Bundan əvvəl Moskva yaxınlığındakı Elektrostalda təbii daşla maskalanan, onlarla akkumulyatoru olan kamera tapılıb. Casus qurğusu çimərlikdəki qadın tualetində aşkar edilib.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
bakupost.az

1Mənbələr