AZ

BƏƏ-dən olan nazir müavini: Bakıda keçiriləcək COP29-un qlobal səviyyədə ən yaxşı tədbir olacağına inanıram

BƏƏ-dən

Bakı, 11 iyun, AZƏRTAC

İki gün ərzində Bakıda Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycanın hökumət sektorunun yüksəkvəzifəli rəsmiləri dövlətlərarası münasibətlərin gələcəyini planlaşdıracaqlar. Onlar hər iki ölkədə dayanıqlığı, rifahı, keyfiyyətli həyatı təmin edəcək ən yaxşı layihələr ətrafında müzakirələr aparacaqlar.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rəqabətlilik və Təcrübə Mübadiləsi üzrə kabinet işləri nazirinin müavini Abdulla Naser Lutah deyib.

Abdulla Naser Lutah bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əməkdaşlıq bütün sektorları əhatə edir.

“Biz hökumət orqanlarının apardığı əsas fəaliyyət istiqamətlərinin yaxşılaşdırılması, planların tərtibatı, rəqabət məsələləri, məlumat və statistika kimi konkret sahələrə aid Azərbaycanla Anlaşma Memorandumu imzalamışıq. Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri üçün hansı sahələrin prioritet olduğunu müəyyənləşdirmək vacibdir. Buna nail olduqda hər iki xalq üçün nəyin səmərəli olduğunu öyrənəcəyik. Demək olar ki, iki ölkə arasında hər ay qarşılıqlı səfərlər təşkil edilir. Biz 2024-cü ildə Bakıda keçiriləcək COP29 tədbirinin də uğurlu olması üçün birgə çalışacağıq. Bakıda təşkil ediləcək COP29 tədbirinin qlobal səviyyədə ən yaxşı COP tədbiri olacağına inanıram”, - deyə nazir müavini vurğulayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
azertag.az

3Mənbələr