AZ

Rusiyaya zərbələr dünya müharibəsinə gətirib çıxaracaq -Məşhur yapon siyasətçi

Məşhur yapon siyasətçisi və deputat Muneo Suzuki diqqət çəkən açıqlamalar verib.

News365.az Rusiya mediasına istinadən xəbər verir ki, o, ABŞ-nin öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsinin dünya müharibəsinə səbəb ola biləcəyini iddia edib.

Siyasətçi Vaşinqtonun bu addımını “üçüncü dünya müharibəsi təhlükəsini ehtiva edən” səhv gediş adlandırıb.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirmişdi ki, Ukrayna hərbçiləri Vaşinqtondan aldığı icazədən sonra artıq Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirirlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
news365.az

1Mənbələr