AZ

13 klub Avroliqa ilə müqaviləni uzadıb

13 səhmdar klub Avroliqa ilə müqaviləni 2040-cı ilə qədər uzadıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Aris Barkas bildirib.

Klubların siyahısı belədir: “Anadolu Efes”, “Baskonia”, “Barselona”, “Fənərbaxça”, “Maccabi Tel Aviv”, “Olimpia Milan”, “Olympiacos”, “Panathinaikos”, “Real Madrid”, ASVEL, “Bayern”, “Zalgiris” və CSKA.

Müqavilə 2025-ci ildə qüvvəyə minəcək. Beləliklə, müqavilənin müddəti 15 il olacaq.

Təmsil olunan klubların hər biri Avroliqanın İcraiyyə Şurasının nümayəndəsidir və səlahiyyətlərinə Avroliqanın Baş Assambleyasının qəbul etdiyi qərarların icrasına nəzarət və monitorinq daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
90deqiqe.az

1Mənbələr