AZ

“Azərbaycan COP-la bağlı BƏƏ və Braziliya ilə sıx əməkdaşlıq edir” —AÇIQLAMA

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib ki, Azərbaycan COP-la bağlı BƏƏ və Braziliya ilə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, COP29-a ev sahibliyinin Azərbaycana həvalə olunması ölkəmizə beynəlxalq səviyyədə verilən dəyərin bariz nümunəsidir: “Azərbaycan COP29-a sədrliyi çərçivəsində qlobal həmrəyliyin gücləndirilməsi barədə beynəlxalq təşkilatlar və müxtəlif ölkələrlə sıx danışıqlar aparmaqdadır”, - deyə nazir müavini qeyd edib.

Politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında bildirib ki, COP tədbiri ilə bağlı Azərbaycanın BƏƏ və Braziliya ilə sıx əməkdaşlıq etməsinin arxasında bir neçə səbəb dayanır: 



“BƏƏ COP28-ə ev sahibliyi edib, biz onun təcrübəsindən yararlana bilərik. Braziliya isə bizdən sonra COP30-a ev sahibliyi edəcək. Braziliya böyük dövlətdir, 210 milyondan çox əhalisi var, böyük iqtisadiyyata sahibdir. Böyük Amazon meşələrinə görə dünyanın ən böyük oksigen bazası hesab olunur. Təbiəti qorunmalı olan ən əsas dünya ölkələrindən biridir. Azərbaycan BƏƏ ilə COP-un keçirilməsi ilə bağlı təcrübə mübadiləsi aparırsa, Braziliya da bu yöndə bizimlə sıx əməkdaşlıq edir. İqlim dəyişikliyi ilə mübarizə dünyada ən aktual məsələlərdən biridir və Azərbaycan bu məsələdə böyük yol qət edir. Bu gün ölkəmizin COP-a yüksək səviyyədə hazırlaşması ondan xəbər verir ki, Azərbaycan Braziliyanın COP-la bağlı fəaliyyətində daha aktiv olmasına yardımçı olacaq, həm də BƏƏ ilə əməkdaşlıq dərinləşəcək. Bu məsələdə üçlü ittifaqın olması gələcək COP tədbirlərinin daha uğurlu olmasına imkan yaradacaq. Azərbaycan və BƏƏ neft-qaz ölkələridir, Braziliyada da bu sahədə müəyyən irəliləyiş var. Biz ənənəvi enerjidən “yaşıl enerji”yə keçidi də müzakirə edirik. Bu istiqamətdə təcrübənin bölüşdürülməsi də əsas müzakirə predmetidir. Düşünürəm ki, bu təcrübədən Braziliya da yararlanmaq istəyəcək. Bu da sıx əməkdaşlığın tərkib hissəsi ola bilər”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
demokrat.az

1Mənbələr