AZ

Sergey Lavrov və Hakan Fidan nələri müzakirə etdi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan Yaxın Şərq və Zaqafqaziyadakı vəziyyəti, eləcə də Ukrayna münaqişəsini müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi iki diplomatın görüşündən sonra bildirib.

Qeyd olunub ki, beynəlxalq gündəliyin əsas aspektlərinə, o cümlədən Yaxın Şərq və Zaqafqaziyada, eləcə də bəzi beynəlxalq platformalarda vəziyyətə toxunulub:

“Sergey Viktoroviç Lavrov türkiyəli həmkarına Rusiyanın BRİKS-ə sədrliyi ilə nəyə nail olmaq istədiyi barədə məlumat verib. Rusiya Federasiyasının Ukrayna münaqişəsi ətrafında cərəyan edən vəziyyətə prinsipial qiymət verilib”, - Rusiya xarici siyasət agentliyi bildirib.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
bakivaxti.az

10Mənbələr