AZ

Azərbaycanda bu qədər müəllim işsiz qalacaq - SƏBƏB

İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3424 nəfər ibtidai sinif, 485 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. 


Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu ötən gündən etibarən aparılır. Müəllimlər müraciətlərini platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.


Müəllimlərin bu qədər zəif nəticə göstərməsinə səbəb nədir? Nəticələrin yüksəldilməsi üçün hansı addımlar atıla bilər?


Təhsil eksperti Elçin Əfəndi bu haqda Referans.az" target="_blank">Referans.az-a verdiyi açıqlamada danışıb.




“8 iyun tarixində keçirilmiş sertifikasiya imtahanı hansıki bu ikinci cəhd imtahanı hesab olunurdu. Ötən il imtahan verənlər, müsabiqə şərtlərini ödəməyənlər bu il yenidən imtahanda iştirak etmək şansını qazandılar. Onların içində 3909 müəllim, həm ibtidai təhsil pilləsi üzrə, həm də Azərbaycan dili və ədəbiyyatı üzrə müvafiq müsabiqə şərtini ödəmədilər. Yəni onlar üçün yaradılmış ikinci şansı da dəyərləndirə bilmədilər. Bu isə əlbəttə ki, birmənalı olaraq qarşılanmır və acınacaqlı bir vəziyyətdir. Bu müəllimlərin içərisində həm ali təhsil müəssisələrini, həm də orta ixtisas müəssisələrini bitirənlər var. Orta ixtisas müəssisələrini bitirənlərin əksəriyyəti ibtidai sinif müəllimləridir”.


Ekspert bildirib ki, bu müəllimlərin əksəriyyətinin hansı təhsil müəssisələrini bitirməsi belə çəlum deyil. Həmin dövrdən bu günə həmin təhsil ocaqlarının adları da dəyişdirilmiş ola bilər.


“Elm və təhsil nazirliyi tərəfindən serkifikatlaşdırılma imtahanından öncə müəllimlər üçün təlim, hazırlıq proqramlarının keçirilməsi düzgün olmaz. Lakin həmin imtahanlardan sonra müəllimlərin ən çox hansı sahələrdə çətinliklərinin olduğunu öyrəndikdən sonra məhz həmin sahələr üzrə təlimlərin keçirilməsi effektiv addım ola bilər. Məlumdur ki, müəllimlərin əsas çətinlikləri fənn kurikulumlarını qavramaqdır. Xüsusilə də, 2008-2009-cu illərdən öncə təhsil müəssisələrindən məzun olmuş müəllimlər üçün belə təlimlər təşkil oluna bilər”.


Elçin Əfəndi bildirib ki, sertifikasiya imtahanları yekunlaşdıqdan sonra Elm və təhsil nazirliyinin əldə olunan datalardan istifadə edərək belə addımlar atacağı istisna deyil.


“Əlbəttə ki, bu müəllimlərin zəif nəticə göstərməsinin əsas səbəbi ondan ibarətdir ki, bu şəxslər öz ixtisasları ilə bağlı müfəssəl informasiyaya sahib deyillər. İstər ali təhsil istiqamətində, istərsə də orta ixtisas təhsili istiqamətində onlar təhsil aldıqları dövr ərzində tam biliklərə sahib olmayıblar. Bununla yanaşı ümumiyyətlə fənn kurikulumlarını bilmirlər. Öz ixtisasları ilə bağlı bilik və bacarıqlarını formalaşdıra bilməyiblər. Bu sahədə sadəcə pedoqoji təcrübə əsas deyil. Bəzi müəllimlər deyə bilər ki, mən 15-20 il dərs demişəm amma bu əsas şərt deyil. Əsas şərt ondan ibarətdir ki, sən öz bilik və bacarıqlarını şagirdlərə nə qədər ötürə bilmisən. Digər bir faktor isə ondan ibarətdir ki, bu müəllimlərə ikinci şans verilməsinə baxmayaraq onlar öz bilik və bacarıqlarını yenidən inkişaf etdirməyiblər. Bu da o deməkdir ki, onlar öz peşələrinə qarşı həddindən artıq məsuliyyətsiz yanaşırlar”.


Ekspert son olaraq vurğulayıb ki, bu sahədə güclü nəticələrin əldə edilməsi vaxt tələb edir. Lakin bir neçə ildən sonra biz təhsil sahəsində müəyyən irəliləyişin əldə ediləcəyi aşkardır.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
referans.az

2Mənbələr