AZ

Daha iki qəsəbə rus ordusunun nəzarətinə keçib

Rusiya Ukraynanın Xarkov və Luqansk vilayətində yerləşən iki yaşayış məntəqəsini ələ keçirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya ordusu Ukraynada irəliləyişi davam etdirir. Qərb Hərbi Qrupunun bölmələrinin fəal hücumları nəticəsində Luqanskın Artyomovka, Xarkovun Timkovka qəsəbəsi azad edilib”, -deyə məlumatda bildirilib.

Açıqlamada həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 1 ədəd “Su-27” və 1 ədəd “Su-25” tipli döyüş təyyarəsinin məhv edildiyi, 45 pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
azpolitika.info

1Mənbələr