AZ

Dörd legioner indi ağır günlər yaşayan kluba problem yaradır

Premyer Liqanı tərk edən “Qəbələ”nin başı dərddədir.

Növbəti mövsümdə I Liqada mübarizə aparacaq bölgə təmsilçisi yüksək ödənişli legionerlərdən yaxasını qurtarmağa çalışır.

Bilel Auaşeriya, Zurab Oçiqava, Kristof Atanqana və Samuel Tetteh – sözügedən futbolçuların klubla müqavilə müddəti davam edir.

Onlara qarşılıqlı razılıq əsasında yolların ayrılması təklif olunsa da, əcnəbilər bunun üçün müəyyən məbləğdə pul tələb edir.

Əsasən hazırkı məvaciblərinin yarısı qədər maliyyə istəyirlər. Lakin bunun özü də “Qəbələ”nin mövcud durumu üçün çoxdur.

Yeganə ümid yeri onların özlərinə yeni iş yeri tapmasıdır. Daha doğrusu onlara bu barədə məlumat verilib. Yalnız bu halda “Qəbələ”dəkilərin üzü gülə bilər.

Hazırda klubla futbolçular arasında ortaq dil tapmaq yönündə danışıqlar davam edir. Yekun nəticənin nə vaxt hasil olacağı bilinmir.

“Qırmızı-qaralar” ilk növbədə bu problemi həll etməlidir ki, növbəti mövsüm üçün planlarını qura, xərclərini müəyyənləşdirə bilsin.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
sportinfo.az

1Mənbələr