AZ

Ceyhun Sultanov: “Hücum qurmağa, top saxlamağa tələsirik”

Azərbaycan yığması iyunun 7-də yoxlama oyununda Albaniyaya uduzdu - 1:3.

Rəqibin gücü hər nə qədər bəlli olsa da, azarkeşlər millimizin performansından narazı qalıb. Bəs bu dəfə daha yaxşı nəticə göstərməyə nə mane oldu?
Mövzuyla bağlı yığmanın sabiq oyunçusu Ceyhun Sultanovun fikirlərini öyrəndik:
“Ötən oyunda nəticə gözlənilən idi. Dəyişən bir şey görmədim. Fikrimcə, daha yaxşı oyunçular yetişdirməliyik ki, Avropa çempionatına düşə bilək. Albaniya məğlub etməliydi də komandamızı, bu əvvəldən aydın idi. Çünki top alanda görünür ki, hücum qurmağa, top saxlamağa tələsirik. Bunların hər biri keyfiyyətlə bağlı şeydi. Sadəcə, bu futbolçuların potensialından maksimum istifadə etmək lazımdı. İndiki futbolçuların keyfiyyəti isə Avropa çempionatında mübarizə aparmaq üçün yetərli deyil. Hazırda millimiz ümumilikdə zəifdi. Qazaxıstanla oyunda qələbə qazanmaq yaxşıdı, amma məsələ həll olunmur. Gələcəyin komandasını qurmalı, Avropa çempionatına düşməyi düşünməliyik. Bunun üçün işlər görülməlidi”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
football-plus.az

1Mənbələr