AZ

Mərkəzi Bank: 2024-cü ilin II rübündə biznes kreditlərinə tələb artacaq

2024-cü ilin I rübündə banklar tərəfindən mikro sahibkarlıq subyektlərinə verilən biznes kreditləri üzrə standartlar yumşadılıb. Əvvəlki rüblə müqayisədə kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda yumşalma tempi azalmış, iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda isə dəyişiklik müşahidə edilməyib.

APA-Economics” xəbər ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Sorğunun nəticələrində qeyd edilib ki, banklar tərəfindən növbəti rübdə mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə kreditlər üzrə standartlarda yumşalmanın davam edəcəyi, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda dəyişiklik olmaması gözlənilir.

Əvvəlki rüblə müqayisədə mikro və iri sahibkarlıq subyektləri üzrə kredit tələbi azalmış, kiçik və orta sahibkarlıq subyektləri üzrə kredit tələbi artmışdır. Banklar 2024-cü ilin II rübündə biznes kreditlərinə tələbdə artım gözləyirlər.

2024-cü ilin ilk rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların maliyyələşmə dəyəri, likvidlik mövqeyi, bankın risk iştahası və iri kreditorlarının maliyyə vəziyyətinə dair risklər olub. Biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir edən faktorlar isə digər banklarla rəqabət, ümumi iqtisadi gözləntilər və uçot faiz dərəcəsinə dair gözləntilər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
apa.az

1Mənbələr