AZ

Dondurulmuş Rusiya aktivləri Ukraynaya verilir

İyulda Avropa Komissiyası Kiyevə dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından 1,5 milyard avro gəlir verəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Berlində Ukraynanın bərpasına həsr olunmuş konfransda bildirib.

Diplomat qeyd edib ki, gəlirin 90%-i silahların alınmasına sərf olunacaq: "Artıq iyul ayında Rusiya aktivlərinin yenidən investisiya edilməsindən əldə edilən ilk 1,5 milyard avro gəlir Ukraynanın ixtiyarına veriləcək, onun 90%-i silah üçün istifadə olunacaq". 

Əvvəllər Avropa Komissiyası bu gəlirlərin özgəninkiləşdirilməsi sayəsində 2-3 milyard avro yığmağa söz vermişdi. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
unikal.az

2Mənbələr