AZ

Premyer Liqanın 2 klubu millinin müdafiəçisinə elçi düşdü

Millimizin müdafiəçisi Bəxtiyar Həsənəlizadə yenidən Azərbaycana qayıda bilər.

Ötən mövsümü «Tuzlaspor»da keçirən arxa xətt oyunçusuna Premyer Liqadan konkret təklif var.

«Səbail» və «Araz-Naxçıvan» onun xidmətində maraqlıdır.

Yığmamızın üzvü hazırda azad agent statusu daşıyır. Son sezonun yekunlarına əsasən, Tuzlanın eyniadlı komandası TFF I Liqada yerini itirib.

İkinci Liqaya yuvarlanan klub, yerli federasiyanın qərarına əsasən, burada yalnız Türkiyə pasportu daşıyan futbolçuların xidmətindən istifadə edə bilər.

Odur ki, Bəxtiyarın ikiillik kontraktı avtomatik qüvvədən düşmüş sayılır.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
sportinfo.az

1Mənbələr