AZ

Xalq artisti Ramiz Mirişlinin 90 illiyi münasibətilə konsert təqdim olunub

Xalq

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Ramiz Mirişlinin anadan olmasının 90 illiyi münasibətilə konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti Sərdar Fərəcov bəstəkarın həyat və yaradıcılığı haqqında tamaşaçılara geniş məlumat verib.

F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının İnstrumental heyəti və solistlərdən Xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, Simarə İmanova, Əməkdar artistlər Almaz Orucova, Nuriyyə Hüseynova, Bəyimxanım Vəliyeva, Anar Şuşalı və Taleh Yəhyayev, Ramazan Şərifzadə, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Vəfa Vəzirova, Zabitə Alıyeva, Sərxan Bünyadzadə bəstəkarın sevilən əsərlərini ifa ediblər.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
azertag.az

2Mənbələr