AZ

Fernando Torres "Atletiko"nun ikinci komandasının baş məşqçisi olub

İspaniya millisinin sabiq hücumçusu Fernando Torres “Atletiko” klubunun ikinci komandasının baş məşqçisi təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Keçmiş hücumçu növbəti mövsümdən etibarən "Atletiko"nun B komandasını çalışdıracaq. Madrid klubunun əvəzedicilərinin hazırkı baş məşqçisi Luis Qarsiya Tevent isə əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, F.Torres buna qədər “Atletiko”nun 19 yaşadək futbolçulardan ibarət komandasında çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
3
ikisahil.az

4Mənbələr