AZ

Müxalifət mandatını qoysa: “Parlament bir az sakitləşər” - VİDEO

“Müxalifət istefaya getsə, o zaman nə konstitusiya, nə də qanunvericilik böhranı yaranar, bəlkə də parlament bir az sakitləşər”. 

“Cebhe.info” xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan iyunun 11-də jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, nəzəri cəhətdən əgər müxalifət cəmiyyətin əhəmiyyətli bir hissəsini təmsil edirsə, həm də özü siyasi aksiyalar keçirib Milli Məclisi tərk edirsə, siyasi böhran yarana bilər.

“Bu, nəyisə dəyişə bilər. Düşünürəm, siz də razılaşacaqsınız ki, biz belə bir müxalifətlə qarşı-qarşıya deyilik”, -deyə o əlavə edib.


“Cebhe.info”

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
cebheinfo.az

1Mənbələr