Bu gündən İranda prezidentliyə namizədlərin televiziya vasitəsi ilə seçkiqabağı təbliğat kampaniyası başlayır.
NOCOMMENT.az xəbər verir ki, namizədlər arasında bununla bağlı püşkatma keçirilib.
Bu gün ilk olaraq təbliğata üç namizəd – Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf təbliğata başlaycaq.Seçkiqabağı təbliğat kampaniyası iyunun 27-dək davam edəcək.
İranın prezidenti olmaq uğrunda 6 namizəd mübarizə aparır. Ölkədə növbədənkənar seçki prosesi iyunun 28-də olacaq.