AZ

AMEA-nın təşkilatçılığı ilə süni intellekt və rəqəmsal inkişaf mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

AMEA-nın

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında müzakirə olunan məsələlərdən biri “Süni intellekt və rəqəmsal inkişaf: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi haqqında olub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev konfransa hazırlıq barədə məlumat verib.

Ölkəmizdə süni intellekt texnologiyaları ilə əlaqədar aparılan tədqiqatların, onların nailiyyətlərinin öyrənilməsi və mümkün tətbiqləri sahəsində mövcud vəziyyəti müzakirə etmək və əldə olunmuş nəticələrin tanıdılması məqsədilə AMEA-nın təşkilatçılığı ilə iyulun 17-18-də “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçirilməsi qərar alınıb və konfransın təşkili ilə əlaqədar komissiya yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
azertag.az

1Mənbələr