AZ

“Veysəloğlu”dan iqtisadi sabotaj: Ərzaq oliqarxı Aydın Talıbovu nə gözləyir?

Azərbaycanda son zamanlar qiymətlərin baha olması ətrafında ciddi müzakirələr gedir. İnsanlar marketlərdə qiymətlərin hər gün artmasından gileylənir, bunun uzun müddət davam etməsindən narahat olduqlarını ifadə edirlər. Tribunainfo.az bahalaşmaya səbəb olan amillərlə bağlı kiçik bir araşdırma aparıb. Bu araşdırma əsasən torpadansatış qiymətləri ilə marketlərdəki qiymətlər arasındakı kəskin fərqi əhatə edib.Belə ki, əksər torpdansatış məntəqələrindəki qiymətlərlə marketlərdəki satış qiymətləri arasındakı fərq bəzi məhsullar üzrə 50-60 faiz, hətta 100 faiz təşkil edir. Araşdırma zamanı məlum olub ki, təkcə “Güvən” Topdansatış Məntəqəsində 1 kilosu 9-9.5 manata satılan “Snikers”, “Kit Kat” şokoladları “Veysəloğlu” şirkətinə bağlı “Araz” supermarketlər şəbəkəsində 16-17 manata satışa çıxarılıb. Bu orta hesabla 80-90 faiz izafə qiymət deməkdir.Lakin bu fərq təkcə, şokolad məhsullarında deyil, eləcə də digər məhsullarda da özünü nümyiş etdirir. Məsələn, topdansatışda 750 qramlıq “Nestle” şokolad yağı 10 manat olduğu halda, “Araz” market onu alıcılara 16 manata təklif edir. Həmçinin “Şaan” düyülərinin bir kq-ı üçün topdansatış qiyməti 2.60-2.90 manat təşkil etdiyi halda, “Veysəloğlu” onu 4.20-4.50 manatdan satır.
Bundan başqa, topdansatışlarda “Nivea”, “Reksona” kimi qadın və kişi kosmetik və ətirləndirici vasitələr, qab yuyan maşınlar üçün nəzərdə tutulmuş tabletlərdə də qiymət fərqləri inaılmaz dərəcədə çoxdur. Məsələn, topdansatış məntəqələrində “Nivea” 3.58 manat, “Reksona” 3.75 manat olduğu halda, “Araz” market onları 6.58 manatdan satışa çıxarıb. Qab tabletkalarının 100 ədədlisi topdansatışda 33 manat olduğu halda, sözügedən market 48 manatdan aşağı təklif etmir.Analoji fərqlər demək olar ki, bütün məhsullar üzrə müşahidə olunur. Bəzi hallarda bu fərq 20-25 faiz həddində olsa da, bir çox hallarda 50-60 faizlik baryerdən aşağı düşmür. Bəs, topdansatışdan “Araz” marketə qədər belə fərqin yaranmasının səbəbi nədir? Rəsmi qurumlar bu qiymət siyasətinə niyə nəzarət etmirlər?Tribunainfo.az xəbər verir ki, qiymətlərin az qala iki dəfə baha satılmasına səbəb “Veysəloğlu”nun daha çox qazanc əldə etməsi, cəmiyyətdə “qiymətlər bahadır” düşüncəsindən sui-istifadə etmək cəhdidir. Burada inhisarçılıq, habelə qiymət siyasətində rəsmi qurumlarla hesablaşmamaq cəhdləri də əhəmiyyətli rol oynayır. Belə ki, “Veysəloğlu” ölkədə iri market şəbəkəsinə malik az sayda şirkətlərdən biridir. Bundan başqa, bəzi məhsulları özü gətirməsi barədə rəy yaratmaqla, guya, xaricdə ərzaq və digər məhsulların baha olması barədə yanlış xəbərlər yaymasının da rolu az deyil. Təbii ki, daha çox pul qazanmaq hirsini də buraya əlavə etsək, o zaman aydın olar ki, sözüegedən şirkət konkret olaraq özbaşınalıqla məşğuldur.Bir şirkətin daha çox qazanc əldə etməsi hardasa normal qəbul edilə bilər. Amma dövlətin qiymət siyasətindən kənara çıxmaq heç bir halda nəzarətdən kənarda qala bilməz. Bunun üçün İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi qaydalar var, üstəlik, Azərbaycan Prezidenti İlham Əliyevin qəti göstərişi var ki, möhtəkirlik, qiymətləri artıran sahibkar və şirkətlərə qarşı qəti tədbirlər görülməlidir. Bəs, belə olan halda “Veysəloğlu”, habelə digər şəbəkə ticarətinə malik şirkətlərin hardan o cəsarəti alırlar ki, heç nəyə məhəl qoymadan, ölkədə süni bahalaşma yaradırlar?Azərbaycanda qida, ərzaq sektorunda inhisarçılardan biri, müxtəlif şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçən “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi Talıbov Aydın Veysəl oğludur. Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları, bir sözlə, Veysəloğlunun biznes imperatoprluğu. “Araz”, “Oba”, “SPAR” marketlər şəbəkəsi, “Ulduz” şokolad fabriki, Naxçıvanda “Sirab” mineral sular zavodu, “Favorit”, “Xonça”, “AVT Logistics”, cürbəcür KAFE-lər, hətta KİA avtomobillərinin satışı və daha nələr… Üstəlik Gürcüstanda “VG” (Veyseloglu Georgia) distribüsiya şirkətləri, Türkiyədə şirkətləri…. Bu boyda biznes imperiyasının sahibinin Şərurlu bir kənd müəlliminin, “prorab” oğlu Aydın Talıbov olduğu inandırıcı görünmür.Mediada yer alan məlumatlara əsasən cumhuriyyet.net bildirir ki, bu boyda biznes şəbəkəsinin arxasında PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev, Naxçıvanın sabiq şefi Vasif Talıbov, sabiq baş prokuror, hazırda həbsxanada olan Eldar Həsənov və digərləri dayanması haqda ciddi iddialar var. Vasif Talıbovun icazəsi olmadan Aydın Talıbov Naxçıvanda nəinki SİRAB mineral sular zavodu, heç su köşkü də aça bilməzdi. Veysəloğlu Şirkətlər Qrupuna məxsus marketlərdə kiflənmiş pendir, qurdlu şokolad, içindən bolt-qayka çıxan tumlar satılmasından, yaxud “Araz” marketlərində köhnələn, vaxtı keçən qida məhsullarının OBA-da kasıb camaata satılmasından, vitrindəki qiymətlərlə kassadakı qiymətlər arasındakı xeyli fərqdən, Əmək Müfəttişliyinin, Qida Agentliyinin ortaya qoyduğu faktlardan və s bəhs etməyə ehtiyac görmürük. Heç Ramiz Mehdiyevin, Vasif Talıbovun əli ilə “Ulduz” şokolad fabrikini Aydın Talıbovun necə ələ keçirməsinə də toxunmuruq. Çünki daha ciddi məqam Veysəloğlu Şirkətlər Qrupunun Ramiz Mehdiyevin, Vasif Talıbovun şərikli biznes şəbəkəsi olmasıdır. Ramiz Mehdiyevin, Vasif Talıbovun aqibəti bəllidirsə Veysəloğlunun gələcək talehi də bəllidir. Veysəloğlu şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən bütün marketlər şəbəkəsində yoxlamalara başlanılsa milyardlarla yeyintilər üzə çıxacaq. Veysəloğlu Şirkətlər Qrupundan əldə etdiyimiz məlumata görə, Aydın Talıbov bu yoxlamaları önləmək üçün, şirkətlər qrupuna başqa rəhbər, qrupda fəaliyyət göstərən şəbəkələrə isə, yeni rəhbərlər təyin edib. Amma Ramiz Mehdiyev AMEA-nın prezidenti olanda onunla hansı iş birliyi ilə “MEH”-in satışından əldə olunan milyardlar, Mehdiyevin köməkliyi ilə elmi dərəcələrin kimlərə verilməsi Aydın Talıbovu daha çox narahat etməlidir. Çünki ortada Rasim Məmmədov nümunəsi var…

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
dosye.org

7Mənbələr