AZ

“İqlim Həftələri” adlı regional proqrama start verilib - FOTO

Azərbaycanda gənclər arasında iqlim dəyişmələri ilə bağlı məlumatlılığı artırmaq və iqlim dəyişikliyi ilə mübarizənin önəminə diqqət çəkmək üçün “İqlim Həftələri” adlı regional proqramın icrasına start verilib. 
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən bu proqram ölkənin COP29-a hazırlaşdığı ərəfədə gəncləri iqlimlə bağlı mühüm məsələlər barədə maarifləndirmək və onları bu istiqamətdə müxtəlif fəaliyyətlərə cəlb etmək məqsədini daşıyır.
Lənkəran şəhərindən start götürən layihə çərçivəsində ölkənin 10 rayonunda  yaşayan yeniyetmələr və gənclər üçün iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi barədə məlumatlandırma sessiyaları təşkil ediləcək. Sessiyalar yeniyetmələri və gəncləri öz ətraf mühitlərini öyrənmək, ona qayğı göstərmək və qorumaq üçün biliklər, səriştələr və imkanlarla təmin edəcək.
Qeyd edək ki, Gənc İqlim Elçiləri tərəfindən icra olunan "İqlim Həftələri” layihəsi iqlim dəyişmələrinə həsr olunan tədbirlərdə fəal və faydalı iştirakın dəstəklənməsinə istiqamətlənib. Belə ki, Gənc İqlim Elçiləri ölkənin müxtəlif yerlərinə səyahət edərək, yerli gənclərlə interaktiv müzakirələr və məsləhətləşmələr təşkil edəcək, onları dinləyəcək və iqlim tədbirlərində iştirak etməyə həvəsləndirəcəklər.

Ekologiya.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
ekologiya.az

1Mənbələr