AZ

Yelisey sarayından Makronun istefasına REAKSİYA

Yelisey sarayından Fransa prezidenti Emmanuel Makronun istefası ehtimalına münasibət bildirilib.

Publika.az xəbər verir ki, Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun ümumi seçki təyin etmək üçün istefa verməyi planlaşdırdığı barədə xəbərləri təkzib edib.

“Biz bu xəbəri təkzib edirik. Prezident heç vaxt istefa verəcəyini bildirməyib”, - prezident administrasiyasından qeyd olunub.

Nəzərinizə çatdıraq ki, daha əvvəl “Europe 1” radiostansiyası mənbəyə istinadən bildirmişdi ki, Makron qarşıdan gələn parlament seçkilərində sağçı siyasi qüvvələr qalib gələrsə, öz ətrafı ilə dövlət başçısı vəzifəsindən istefasını müzakirə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
publika.az

1Mənbələr