AZ

Türkiyə və Rusiya xarici işlər nazirləri arasında görüş olub

Türkiyәnin xarici işlər naziri Hakan Fidan BRİKS-ә üzv ölkәlәrin xarici işlər nazirləri toplantısı çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüşdə ikitərəfli və regional əlaqələr müzakirə edilib, Türkiyə üçün əhəmiyyət kəsb edən iqtisadi məsələlər gündəmə gətirilib.

Tәrәflәr  Qəzzadakı son vəziyyəti də qiymәtlәndiriblәr.

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət də daxil olmaqla beynəlxalq gündəmin əsas məsələlərinə toxunulan görüşdə Sergey Lavrov Rusiyanın BRİKS çәrçivәsindәki prioritetləri barədə Hakan Fidanı məlumatlandırıb.

İkitərəfli siyasi dialoq, ticarət vә iqtisadi əməkdaşlığa dair cari məsələlərin müzakirə olunduğu görüşdə Rusiya tərəfi mövcud problemlərin həlli, əlaqələrin daha da genişləndirilməsi və faydalı qarşılıqlı fəaliyyət sahələrinin tapılması üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edәk ki, Hakan Fidan Nijni Novqorod şəhərində Kubanın xarici işlər naziri Bruno Rodriqez Parrilla ilə də görüşüb.

Xarici İşlər Nazirliyinin rәsmi ‘‘X’’ internet sәhifәsindә edilәn paylaşımda bu ifadәlәrә yer verilib: ‘‘Nazirimiz Hakan Fidan  Nijni Novqorod şәhәrindә tәşkil edilәn BRİKS+ sessiyası çәrçivәsindә Kubanın xarici işlər naziri Bruno Rodriqez Parrilla ilə görüşüb”.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüş zamanı siyasi və iqtisadi əlaqələr müzakirə olunub.

Kubaya tətbiq edilən embarqonun müzakirə edildiyi görüşdə Qəzzadakı vəziyyət də qiymәtlәndirilib.

Hakan Fidan Kubaya “Fələstin davası”na verdiyi dəstəyə görə təşəkkür edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
trt.net.tr

2Mənbələr