AZ

Azərbaycanda investisiya şirkətləri üçün kapitala dair tələblərin yenidən gözdən keçiriləcəyi gözlənilir

Bakı. Trend:

Mərkəzi Bankın Azərbaycanda investisiya şirkətləri üçün kapitaladair tələbləri yenidən gözdən keçirəcəyi gözlənilir.

Trend xəbərverir ki, bu barədə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-ninİdarə Heyətinin sədri Ceyhun Hacıyev 2023-cü il üzrə fəaliyyətinyekunları və qarşıdakı dövr üzrə strateji planlara dair mətbuatkonfransında çıxışında deyib.

Onun sözlərinə görə, hazırda əsas investisiya xidmətlərigöstərən A kateqoriyalı investisiya şirkətinin minimum nizamnaməkapitalı ən azı 300 min manatdır.

Yardımçı investisiya xidmətləri göstərən B kateqoriyalıinvestisiya şirkətləri üçün minimum nizamnamə kapitalı 75 min manatmüəyyən edilib.

"Hazırda "PAŞA Kapital İnvestisiya Şirkəti"nin nizamnaməkapitalı 300 min manatdır ki, bu da investisiya şirkətlərinin bütüninvestisiya xidmətlərinin göstərilməsi üçün mövcud ehtiyaclarınıödəyir. Şirkətimiz mühüm bölüşdürülməmiş mənfəət əldə edib vənizamnamə kapitalı ilə bölüşdürülməmiş mənfəətdən birlikdə MərkəziBankın tələblərinə cavab verəən ümumi kapital olaraq istifadəedirik. Kapitala dair yeni minimum tələbləri müəyyən etdikdən vəbir sıra digər məsələləri həll edildikdən sonra PAŞA Kapital-ınnizamnamə kapitalının artırılması barədə qərar qəbul ediləcək", -deyə C.Hacıyev vurğulayıb.

Ceyhun Hacıyev həmçinin qeyd edib ki, şirkətin yenistrategiyasına PAŞA Kapital-ın nizamnamə kapitalının artırılmasıdaxildir.

Qeyd edək ki, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2012-ciilin iyun ayında yaradılıb. PAŞA Kapital müştərilərinə genişspektrə malik xidmətlər, o cümlədən broker xidməti, konsaltinq vətədqiqat, anderraytinq, marjinal ticarət, konsultasiya xidmətləri,eləcə də digər yanaşı investisiya xidmətləri təklif edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
az.trend.az

1Mənbələr