AZ

Sumqayıtda gənc oğlan arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Ramiz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fidana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Ramizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramiz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evliliklərinin ilk vaxtlarından münasibətləri normal olub, ara-sıra xırda məişət problemləri olsa da, ailə olduqları üçün həmin problemləri böyütməyib, tez bir zamanda həll etməyə çalışıbalar: “Hadisə günü, təxminən saat 18:00-da işdən yaşadığım evə gəldim. Mən də həyat yoldaşıma dedim ki, qızımıza aldığı telefonu versin. Bir qədər sonra Fidan telefonu verdi. Telefonun kodunu bilmədiyim üçün həyat yoldaşımdan soruşdum. Telefonun kodunu deməyən zaman aramızda mübahisə baş verdi. Mübahisə zamanı telefonu yerə vurdum və qonaq otağında olan divanın üzərindəki yastığın altına qoydum. Fidan telefonu götürmək istəyən zaman stulun üzərində olan şarj aləti ilə onun sol qolundan vurdum. Qaynanam mübahisə zamanı araya girdi və qolumdan tutdu.Fidan telefonu götürərək qapıdan çıxamaq istəyəndən onu tutdum. Telefonu götürüb əlindən aldım və onu əlim ilə itələdim. Bu zaman Fidan beli üstə yerə yıxılaraq bədən xəsarətləri aldı. Bunu azyaşlı uşaqlarım da görüblər”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman qaynanası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verib: “Aramızdakı münaqişə təxminən 10 dəqiqə olmaqla davam etdi. Hadisə vaxtı səs-küy yaranmadı, münaqişəyə kənar şəxslər gəlmədi. Əməlimdən səmimi peşmanam”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ramizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
demokrat.az

1Mənbələr