AZ

iOS 18-i və iPadOS 18-i əldə edəcək cihazların siyahıları təqdim edilib

     Apple şirkəti iOS 18-i və iPadOS 18-i təqdim edəndən sonra bu əməliyyat sistemlərinin hansı iPhone və iPad modellərində istifadəyə veriləcəyi ilə bağlı siyahıları təqdim edib. iOS 18 ilə bağlı siyahıdan da görmək olar ki, yeni əməliyyat sistemi iOS 17 dəstəkli bütün iPhone modellərində istifadəyə veriləcək. Söhbət, iPhone 11, iPhone 12, iPhone 13, iPhone 14 və iPhone 15 seriyalarına daxcil olan modellərdən gedir. Siyahıda həmçinin daha köhnə iPhone mdoelləri var. Söhbət, iPhone Xs, Xs Max, Xr və SE (yalnız ikinci və üçüncü nəsil).      iPadOS 18-ə gəldikdə isə onu aşağıdakı siyahıda qeyd edilmiş planşetlər əldə edəcələr.- iPad Pro (M4 prosessorlu)- 3-cü nəsil və ondan sonra təqdim edilmiş 12.9 düym ekranlı iPad Pro- 11 düym ekranlı bütün iPad Pro modelləri- iPad Air (M2 prosessorlu, 3-cü nəsil və ondan sonrakı modellər)- iPad (7-ci nəsil və ondan sonrakı modellər)- iPad mini (5-ci nəsil və ondan sonrakı modellər). 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
technote.az

1Mənbələr