AZ

Qurban bayramı ərəfəsində ət bahalaşıb? "Növbəti illərdə artım daha çox olacaq" - Açıqlama

Qurban bayramı ərəfəsində ət bahalaşıb? "Növbəti illərdə artım daha çox olacaq" - Açıqlama

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayramla əlaqədar olaraq ət və ət məhsullarının qiymətində artım müşahidə olunur. Bu il də bayram ərəfəsində ətin qiyməti qalxdıqdan sonra daha əvvəlki vəziyyətinə qayıdacaq?

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, növbəti illərdə bayramlarda qiymət artımları daha çox olacaq:

"Qurban Bayramı ərəfəsində ətin bahalaşmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər ondan ibarətdir ki, hər il qurban bayramı mövsimi dövr hesab edilir. Burada tələbin artması müşahidə olunur. Bu da bazarın qanunauyğunluğuna uyğundur. Tələb kəskin şəkildə qısamüddətli dövr üçün artırsa, qiymətlərdə də artım müşahidə etmək ola bilər. Amma növbəti illərdə bayramlarda qiymət artımları daha çox olacaq. Çünki hər il qurban bayramın 10 gün qabağa gəlməsi, xüsusi ilə xırdabuynuzlu heyvanların çəki alma imkanını məhdudlaşdırır. Belə olduğu təqdirdə, daha azçəkili heyvanların satılması zərurəti yaranır. Bu da istehsalçılar üçün xərclərin daha çox olmasına gətirib çıxarır. Eyni zamanda illik gəlir nəzərə almaqla məhsul bazara daha baha qiymətə təqdim olunur. Təbii ki, idxal da müşahidə olunan çatışmamazlıq, qonşu ölkələrin əvvəlki qədər cəlbedici olmaması əlavə bazara təqdim imkanlarını da məhdudlaşdırıb.

Daxili bazarda məhsulun maya dəyərini artıran faktorlar var. Yemin qiymətinin bahalaşması və əmək xərclərinin artması da bu istiqamətdə qiymət artımına səbəb olur. Qurban bayramından sonra tələb və təklif arasında stabilləşmə olacaq və qiymətlər ucuzlaşacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
sonxeber.az

1Mənbələr