AZ

Bu ölkənin vitse-prezidenti təyyarə qəzasında ÖLDÜ

Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak olub.

Tribunainfo.az  “France Presse”ə istinadən xəbər verir ki, Malavinin vitse-prezidenti Saulos Çilimanı və onu müşayiət edən 9 nəfəri daşıyan təyyarənin qalıqları tapılıb.

Qəzanın baş verdiyi ərazidən fotolar yayımlanıb.

Qeyd edək ki, ötən gün Malavi vitse-prezidenti və daha 9 nəfərin olduğu təyyarə radardan itmişdi.

Bu barədə BBC ofisin bəyanatına istinadən məlumat yayıb.

Bildirilmişdi ki, Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarə paytaxt Lilonqveni tərk etdikdən sonra radardan itib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
tribunainfo.az

1Mənbələr