AZ

Ermənistan ATƏT-in regionda mövcud olmasını niyə dəstəkləyir? - Tofiq Abbasovdan ŞƏRH

ATƏT-in Minsk Qrupunun mövcudluğunun saxlanılması ilə bağlı Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Həmsədrliyin qalması ilə Ermənistan nəyə nail olmaq istəyir?

Mövzu ilə bağlı siyasi şərhçi Tofiq Abbasov Ednews-a fikirlərini paylaşıb. Onun sözlərinə görə, Minsk Qrupu demək olar artıq ölü orqanizmdir və Azərbaycan, rəsmi Bakı onunla bağlı öz sözünü deyib. Bizim bu instituta heç bir ehtiyacımız yoxdu.

"Çünki o, fəaliyyət dövründə 30 ilə yaxın siyasi oyunbazılıqla məşğul idi. Sonra manipulasiya və spekulasiyalara varırdı, Ermənistanın mövqeyini bir mənalı şəkildə dəstəkləyirdi, Qarabağda separatçı rejimə ruh verirdi. Orada vətəndaşlarla görüşürdülər, yəni haqqı guya tapdamış erməni vətəndaşları ilə ki, onların sözü, səsi, istəyi, mövqeyi sağlandı. Azərbaycan artıq görəndə ki, onlar belə saxtakarıqla məşğuldurlar, təbii öz qənaətlərini çıxardı və nəhayət 2020-ci ildə biz möhtəşəm qələbə qazandıqdan sonra Prezident İlham Əliyev onlarda Bakıda görüşü əsnasında birmənalı şəkildə dedi ki, biz sizdən narazıyıq. Sizin fəaliyyətiniz əslində, fəaliyyətsizlik kimi qiymətləndirilir və bizim sizə heç bir ehtiyacımız yoxdur. Sizin fəaliyyətinizin də davamiyyətində lüzum görmürük. Yəni, bu, birmənalı bir qənaətdır. Lakin indi Ermənistan yenidən bu məsələni gündəmə gətirir və onun istəyə olunan ibarətdir ki, o vasitə ilə, yəni Minsk Qrupunun meydana yenidən qayıtmasıyla bağlı Qarabağda yaşayan güya ermənilərin haqlarını bərpa etsinlər, güya onların qayıtışını təmin etsinlər və s. Sözsüz ki, bu olan iş deyil". 

T.Abbasov qeyd etdi ki, faktiki olaraq Azərbaycan erməniləri Qarabağdan qovmayıb, orada etnik təmizləmə olmayıb, deportasiya elementi yoxdur:

"Onlar özləri qondarma rejim, Şahramaniyanın sərəncamı ilə, birmənalı şəkildə, toplum şəkilində oranı tərk etdilər və burada da əsas hesablamalar ona istiqamətlənmişdir ki, onlar beynəlxalq ictimaiyyətdə hay-küy qaldırsınlar ki, guya Azərbaycan insan haqlarını pozur, etik təmizləmələrə şərait yaradır və s. Təbii ki, bu işlər hamısı bütün camiyənin, eləcə də bizim gözümüzün qarşısında baş verdi və biz gördük ki, burada həqiqətən də ermənilər, beynəlxalq o dəllal qruplarla, lobbiçilərlə özünə məxsus bir oyun qurulurlar, ssenari yazıb çızırlar ki, prosesləri köhnə məcraya qayıt açsınlar və Azərbaycanı borclu çıxarsınlar. Əlbəttə ki, bu proseslərin hamısında bizim sözümüz son sözdür.

Çünki son söz bizdə olmalıdır. Biz Ermənistana hücum etməmişdik, bizim Ermənistana ərazi bir iddiamız yoxdur və nəhayət biz görürük ki, ermənilər burada bütün qaydaları poza-poza çalışırlar, Azərbaycana problem yaratsınlar və özlərinin də nəlayiq, digər tərəfdən də çirkin əməllərinə bəraət qazandırmaqdan ötrü beynəlxalq qüvvələri gəlib etməyə çalışırlar. Bunun heç bir lüzumu yoxdur.

Yəni, Azərbaycan heç bir vəchlə Minsk qrupunun yenidən meydana gəlməsində, diplomatika sahəsində, fəaliyyət göstərməsində rəvac verməyəcək, imkan verməyəcək. Çünki buna ehtiyac yoxdur. Və bir də ki, onların fəaliyyətinin predmeti olan münaqişəli vəziyyəti çözmək üçün artıq heç bir lüzum yoxdur.

Yəni, münaqişə çözülüb, sadəcə indi yol, demək, sülhə doğru açılır və bu istiqamətdə də biz görürük ki, Nikol Paşiyan yavaş-yavaş artıq meylini biruzə verir, ancaq revanşistlər çalışırlar bu prosesdə maneçilik törətsinlər. Bunun da heç bir gələcəyi yoxdur".

Əkbər 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
ednews.net

1Mənbələr