AZ

Respublika Narkoloji Mərkəzinin vəzifəli şəxsləri ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb

Bakı. Trend:

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PublikHüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğluvə həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabiroğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarıştədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşıMübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqıyekunlaşıb.

Trend-in məlumatına görə, bubarədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda deyilir ki, ibtidai istintaqla Elşən Mustafayevinvəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müaviniZamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimləringələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərinstasionar müalicə müddətlərinin uzadılması, onların dahakeyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrəvə ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniyaxəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramınaqəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardanmüxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarınaəsaslı şübhələr müəyyən edilib.

"Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin ƏliyevəCinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadəağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət almaqabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrartörədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrindəmüstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı iləhəbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır CinayətlərMəhkəməsinə göndərilib", - Baş prokurorluqdan bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
36
az.trend.az

2Mənbələr