AZ

Qəzada 2-si həkim olmaqla 4 nəfər həyatını itirdi

Yüngül ticari avtomobillə minik avtomobilinin toqquşması nəticəsində baş verən yol qəzasında 2-si həkim olmaqla 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Sinop bölgəsində baş verib.
 
Qəza, yerli saatla 09.00 radələrində Sinop-Boyabat yolu üzərində meydana gəlib.
 
Əldə edilən məlumata görə, qarşı tərəfdən gələn Ender Çoraklının idarə etdiyi yüngül ticari avtomobil ilə Səlahəddin Bulutun idarə etdiyi avtomobil toqquşub. Qəzada Dr. Mehmet Turan Yazlak və Ender Çoraklı adlı şəxslər hadisə yerində həyatını itirib.
 
Dr. Beyza Nur Çətin isə yaralanıb.
 
Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
azxeber.com

1Mənbələr