AZ

PREZİDENT GENERALA YENİ VƏZİFƏ VERDİ - Sərəncam + DOSYE

Elçin Əli oğlu Məmmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib.

“Azpolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən "N" saylı Hərbi Hissəsinin Komandiri olub.

30 avqust 2023-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məкtəbinin rəisi vəzifəsinə təyin edilib.

Elçin Məmmədov Azərbaycan Prezidentinin sərəncamına əsasən 11 mart 2023-cü ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 11 mart 2024-cü il tarixli sərəncamı ilə isə Elçin Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib

“Azpolitika.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
29
azpolitika.info

10Mənbələr