Qarabağ Universitetində Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Milli.Az-a bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə "_ (istiqamət üzrə) müəllim" yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
Vakansiya üzrə müraciət iyunun 25-dək qəbul olunacaq. Namizədlər ətraflı məlumatla bu elan vasitəsilə tanış ola bilərlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun