AZ

Fernando Torresin yeni iş yeri bəlli oldu

İspaniya milli komandasının sabiq hücumçusu Fernando Torresin məşqçi kimi yeni iş yeri məlum olub.

Sportal.az xəbər verir ki, "Atletiko"nun U-19 komandasını çalışdıran 40 yaşlı mütəxəssis bundan sonra Madrid təmsilçisinin B komandasına rəhbərlik edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc məşqçi bu vəzifədə istefaya göndərilən Luis Qarsiya Teveneti əvəzləyib.

Qeyd edək ki, Fernando Torres "Atletiko"nun yetirməsidir. Veteran hücumçu 2001-2007 və 2015-2018-ci illərdə paytaxt təmsilçisinin əsas komandasında çıxış edib. O, 2021-ci ilin yayından U-19 komandasında çalışırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
sportal.az

2Mənbələr