AZ

FED bu il maksimum 2 dəfə faizləri aşağı sala bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ekspertlər bildirirlər ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) bu il maksimum iki faiz endirimi edə bilər.

Banco.az xəbər verir ki, “Rabobank”ın baş ABŞ strateqi Filip Marey bildirib ki, FED sentyabr və dekabr aylarında faiz dərəcələrini endirə bilər.

Bununla belə, o, faiz endirimlərinin yaxın aylarda və daha az ola biləcəyi riskinin də mövcudluğunu dilə gətirib.

Sentyabr ayına qədər uzun bir yol olduğunu vurğulayan Marey FED-in sədri Pauellin ABŞ prezident seçkilərindən əvvəl faiz endirimi üçün səbəb axtara biləcəyini söyləyib.

FWD İstiqrazlarının Baş İqtisadçısı Kris Rupki də FED-in iki faiz endiriminə yaşıl işıq yandırıb-yandırmayacağına dair 50/50 şansının olduğunu deyib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
banco.az

1Mənbələr