AZ

WatchOS 11 əməliyyat sistemi təqdim edilib

     Apple şirkətinin WWDC 2024 konfransı çərçivəsində təqdim etmiş olduğu daha bir yeni əməliyyat sistemi də watchOS 11-dir. WatchOS 11-də reallaşdırılmış ən miqyaslı dəyişiklik ondan ibarətdir ki, sözügedən əməliyyat sistemi istifadəçinin idman yüklənməsini hesablaya bilir. Bu isə o deməkdir ki, istifadəçi məşq zamanı prosesi sona qədər etmirsə və ya məşqə həddindən artıq güc sərf edirsə sistem bu mövzularda istifadəçiyə öz məsləhətlərini təqdim edəcək. Bundan əlavə olaraq Vitals adlı yeni tətbiq istifadəçinin səhhəti ilə bağlı göstəricilərdə şübhəli əlamətlərə rast gəlsə, bu barədə istifadəçiyə məlumat verəcək.     WatchOS 11-də reallaşdırılmış daha bir yenilik interaktiv vidjetlərdir. Onlar kontekstdən asılı olaraq dəyişirlər və bir toxunuşla hər hansısa əməliyyatı yerinə yetirə bilirlər. Məsələn Home adlı vidjet sürətli şəkildə evdəki işığı yandırmağa və ya söndürməyə imkan verir. Digər bir vacib yenilik isə tərcümə funksiyasıdır. Bu funksiya vasitəsilə smart saat tərcümə edilmiş kontenti nitq vasitəsilə səsləndirə və ya onu öz ekranında əks etdirə bilər. WatchOS 11 bu il ərzində Apple Watch Series 6, 7, 8, 9, Ultra, Ultra 2 və ikinci nəsil Watch SE smart saatları üçün istifadəyə veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
technote.az

1Mənbələr