AZ

Sertifikasiyadan kəsilən müəllimlərin NƏZƏRİNƏ

Xəbər verildiyi kimi, iyunun 8-də keşirilən təkrar sertifikasiya imtahanlarında 7296 müəllimdən 3909-u keçid balını (30) toplaya bilməyib.

Onlardan 3424 nəfəri ibtidai sinif, 485 nəfəri isə Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Bəs təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsindən kəsilən müəllimlər hansı reginonları təmsil edirlər?

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinə baxılır. Müraciətlərə bağılma yekunlaşandan sonra təkrar sertifikatlaşdırma ilə bağlı detallı məlumatlar ictimailəşdiriləcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, təkrar sertifikasiyadan kəsilən ibtidai sinif müəllimləri (3424 nəfər) Bakı məktəblərində deyil, region məktəblərində çalışan təhsilverənlərdir.

Azərbaycan dili və ədəbiyyat müəllimlərinə gəldikdə (485 nəfəri) isə onların həm Bakı, həm də region məktəblərində çalışanlar olduğu bildirilir.

Digər məlumata görə, təkrar sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin iş yerlərinin builki müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqəyə çıxarılacağı gözlənilir.

Çünki təkrar sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərlə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv ediləcək.
 
Elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl deyib ki, təkrar sertifikatlaşdırma prosesində uğur qazanmayan təhsilverənlərin ailə tərkibi və sosial vəziyyətinə dair məsələlərə baxılması məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılacaq.

O bildirib ki, komissiyalar tərəfindən sözügedən məsələlərlə bağlı müraciətlər araşdırılacaq və həmin təhsilverənlərin digər işlərlə təmin olunması məsələsinə baxılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
3
ucnoqta.az

10Mənbələr