AZ

BMT İnsan Hüquqları Şurasının 56-cı sessiyası olacaq

 

  İyunun 18-də İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının (İHŞ) 56-cı sessiyası işə başlayacaq.

  İHK-dan verilən yazılı açıqlamaya görə, Mərakeşin BMT-nin Cenevrə Təmsilçiliyindəki daimi nümayəndəsi, səfir Ömər Zniberin sədrliyi ilə 2024-cü il dövri sədrlik çərçivəsində keçiriləcək İHK sessiyası 18 iyun-12 iyul tarixləri arasında BMT-nin Cenevrə ofisində olacaq.

  İHK-nın 56-cı sessiyasında 60-dan çox hesabat dinlənəcək və 28 interaktiv dialoq sessiyası keçiriləcək.

  BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk İHK çərçivəsində Ukrayna, Myanma, Venesuela və Kolumbiyada insan haqlarının vəziyyəti ilə bağlı hesabatını açıqlayacaq.

  İran, Əfqanıstan, Sudan və digər ölkələrdə insan haqlarının vəziyyəti də müzakirə olunacaq.

  İHK-da qadınlara qarşı zorakılıq, idman vasitəsilə insan haqqlarının təşviqi, iqlim dəyişikliyinin insan hüquqlarına mənfi təsirləri kimi məsələlər də danışılacaq.

  Sessiya çərçivəsində iyunun 19-da İsrail və işğal olunmuş Fələstin əraziləri, o cümlədən Şərqi Qüdslə bağlı Müstəqil Beynəlxalq Araşdırma Komissiyası ilə də interaktiv dialoq keçiriləcək.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
trt.net.tr

1Mənbələr