AZ

Belarus prezidenti: “Qarabağın bərpasında iştiraka hazırıq”

Belarus

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanla ticarət dövriyyəsinin balanslaşdırılmasının zəruriliyini bəyan edib. O, həmçinin işğaldan azad edilən Azərbaycan ərazilərinin dirçəldilməsi prosesində Belarusun iştirak etməyə hazır olduğunu təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bu barədə Belarusun BELTA dövlət xəbər agentliyi məlumat yayıb.

A. Lukaşenko deyib ki, Belarusun Azərbaycan ilə ticarət dövriyyəsi pis olmasa da, balanslaşdırılmayıb.

Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşündə “Biz Azərbaycandan daha çox mal almalıyıq”, - deyən prezident Lukaşenkonun sözlərinə Ermənistan mediası qısqanclıqla yanaşıb.

A. Lukaşenko S. Qafarova ilə görüş zamanı bildirib ki, bu məsələ öz həllini tapacaq.

Belarus prezidenti xatırladıb ki, bu yaxınlarda Bakı ilə əməkdaşlığın daha da intensivləşməsi üçün müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı və hərbi sənaye kompleksində texnologiyaların mübadiləsi müzakirə olunub. “Qapalı mövzular yoxdur. Biz bu istiqamətdə işləməyə hazırıq”, - Lukaşenko qeyd edib. O, əmindir ki, parlamentarilər bu prosesi qanunvericiliklə təmin edəcəklər.



Lukaşenko azad edilmiş Azərbaycan ərazilərinin dirçəldilməsi prosesində Belarusun da iştirak etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Qeyd edək ki, bu mövqeyini prezident Lukaşenko may ayında Bakıya rəsmi səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı da bəyan edib.

“Şuşada mən ona dedim: “Sən cənnətdə yaşayırsan”. Mən belə bir yer görməmişəm, planetimizdə bir çox yerləri gəzmişəm: təmiz hava, gözəl təbiət. Əminəm ki, siz bu ərazilərdə həyatı bərpa etməklə daha bir uğura imza atacaqsınız. İstiqamətləri müəyyən etdiyimiz bu işlərdə iştirak etməkdən məmnun olarıq. Heç bir maneə yoxdur”, - Lukaşenko əlavə edib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
reyting.az

1Mənbələr