AZ

"Apple" cihazlarında "ChatGPT" tətbiq olunacaq

"Apple" hazırladığı süni intellekt texnologiyasını "Siri"yə gətirməyi və "OpenAI"ın süni intellekti olan "ChatGPT"ni öz cihazlarına inteqrasiya etməyi planlaşdırır.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Açıqlamada "Siri"nin mesajlar, e-poçtlar, təqvim və digər proqramlarla necə əlaqə saxlayacağı göstərilib. Belə ki, "Siri" vəziyyətdən asılı olaraq e-poçt yaza və mətnin tonunu dəyişə biləcək. Fərdiləşdirilmiş süni intellekt texnologiyasını inkişaf etdirən bu bölmə "Apple Intelligence" adlanacaq.

Bundan başqa, "Apple" şirkətinin "OpenAI"ın süni intellekti olan "ChatGPT" tətbiqini öz cihazlarında tətbiq etməyə hazırlaşdığı qeyd olunub.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
bakivaxti.az

1Mənbələr