AZ

"Rusiyanın Talibanla bağlı niyyətini qiymətləndiririk" -  Əbdül Umari 

“Taliban təhlükəsizliklə bağlı Rusiya ilə dialoqa hazırdır”.

 

Sfera.az xəbər verir ki, bunu Əfqanıstanın əmək və sosial məsələlər naziri vəzifəsini icra edən Əbdül Umari Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində TASS-a xüsusi müsahibəsində bildirib. 

 

“Biz bu cür əlaqələrin genişləndirilməsi baxımından Rusiya ilə yaxşı münasibətlərə malik olmaq istərdik. Rusiyanın qadağan siyahılarından çıxarmaq niyyətini qiymətləndiririk", - Umari əlavə edib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində deyib ki, Taliban hərəkatının mümkün qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması üzərində iş onunla qarşılıqlı fəaliyyət, o cümlədən terrorizmlə mübarizə zərurətinə əsaslanır.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
sfera.az

3Mənbələr