AZ

ASA ilə Dövlət İdarəçilik Akademiyası əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Sığortaçılar Assosiasiyası ilə görüş keçirilib.

ASA-dan verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın rektoru akademik, professor Urxan Ələkbərov görüşü giriş sözü ilə açaraq müasir dövrdə sığorta xidmətlərinin əhəmiyyətindən danışıb, risklərin idarə edilməsində sığorta mexanizminin rolunu vurğulayıb. Rektor bildirib ki, Akademiyanın məzunları bu gün ölkənin bir çox dövlət qurumlarında çalışırlar və arzuolunandır ki, bu əlaqələr sığorta sektoru ilə də qurulsun.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev öz növbəsində Akademiyanın müəllim heyətini salamlayaraq akademik, professor Urxan Ələkbərova öz təşəkkürünü bildirib. Qeyd edib ki, Assosiasiya bu günə qədər bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq qurub. Sevindirici haldır ki, ASA bu gündən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə də əməkdaşlığa başlayır. İcraçı direktor bu əməkdaşlığın növbəti mərhələdə səmərəli nəticələr verəcəyinə əminliyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
banco.az

3Mənbələr