AZ

Əsgərlər dağın başında 4 cəsəd və bir skelet tapdılar

Nepal əsgərləri Everestdə və yaxınlıqdakı zirvələrdə dörd cəsəd və bir skelet aşkar ediblər.

News365.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, Nepal ordusunun məlumatına görə aprel ayından bəri ərazidə 11 ton zibil yığılıb.

Planetin ən hündür dağı olan Everest uzun illər həm də dünyanın ən hündür zibilxanası kimi də arzuolunmaz ad alıb.  Onilliklər ərzində buradan minlərlə macəra axtaranın atdığı tonlarla cırıq çadırlar, paltarlar, ərzaq paketləri, mətbəx qabları, boş şüşələr və oksigen balonları toplanılıb. Dağın başında tez-tez cəsədlər də aşkarlanır. Alpinistlər hətta onlardan bəzən marşrut işarəsi kimi istifadə edirlər.

Belə dağlarda ölən insanların cəsədlərini çox vaxt orada qoyub tərk edirlər. Bu, əsasən xilasetmə işlərinin mürəkkəbliyi və dəyəri ilə bağlıdır.

Tural

News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
news365.az

1Mənbələr