AZ

Kredit götürənlərin nəzərinə: Banklar əlavə müqavilə təklif edir

Məlum olduğu kimi, Azərbaycanda fiziki şəxslərə istehlak kreditləri verilərkən həyat sığortası da təklif ediləcək. Yeni tələbə əsasən, banklar müştərilərə həyat sığortasını könüllü şəkildə alması ilə bağlı ərizə formasını təqdim edəcək. Müştəri həyat sığortası üzrə lisenziyası olan sığortaçılardan birini sərbəst qaydada seçə biləcək. Başqa sözlə, bank müştərilərinə istehlak krediti təqdim edərkən ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından borcun ödənilməsi üçün sığorta müqaviləsi bağlanmasını da təklif edəcək. Bununla bağlı Mərkəzi Bank yeni qaydaları təsdiq edib.



Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli Bakupost.az -a deyib ki, istehlak krediti götürən fiziki şəxslər üçün həyat sığortasının könüllü olması daha yaxşıdır:

"Vətəndaş özü qərar verməlidir ki, gələcək öhdəliyini sığortalamaq istəyir, ya yox. Əgər istehlak krediti götürən vətəndaşlar üçün həyat sığortası məcburi olsaydı, bu, riskləri sığortalamaqla yanaşı, onların xərcini də artıracaqdı. Sığorta xərcli prosesdir, hədiyyə deyil. Mərkəzi Bank bunu könüllü həyata keçirməklə düzgün iş görür. Azərbaycanda həyat və əmlak sığortasının məcbur olduğu kredit növləri də var, ipeteka krediti kimi. Əvvəl kredit götürəndə vətəndaş mütləq şəkildə özünü və əmlakını sığorlamalı idi. Amma indi bu, könüllü həyata keçirilir”.

Ekspert qeyd edib ki, indi vətəndaş kredit götürəndə həyat sığortası və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar sığorta məhsulunu ala biləcək:

“Sabah bir hadisə baş verərsə, sığorta şirkəti bu öhdəliyi bağlayacaq. Nəticədə risk sığortalanmış olacaq. Amma bu faizləri aşağı salmır, əksinə kredit xərclərini artırmış olur”.

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
bakupost.az

2Mənbələr