Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Bakı şəhərində ictimai iaşədövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə realifadədə 5,5% artaraq, 432,9 milyon manat olub.
Trend bubarədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi257,8 milyon manat olub ki, bu da ümumi dövriyyənin 59,5%-ni təşkiledib.