AZ

“Bayern” “Fulhem”in futbolçusu ilə anlaşıb

“Bayern” digər klubların “Fulhem”in yarımmüdafiəçisi Joao Palinya ilə maraqlanmasına sakit yanaşır.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi “Bayern”ə transfer olmaq istəyən futbolçu ilə anlaşıb.



İngiltərə Premyer Liqası klublarının Palinyanın xidmətində maraqlı olduğu, lakin futbolçunun özünün “Bayern”ə keçmək istədiyi bildirilirdi. Baş məşqçi Vensan Kompani portuqaliyalı futbolçunun komandaya transferinə razılıq verib.



28 yaşlı yarımmüdafiəçi “Fulhem”in heyətində son mövsümdə 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərBayern Joao Palinya

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
2
komanda.az

3Mənbələr