AZ

Əli Kərimli sosial şəbəkələrdən müdafiə xətti olaraq istifadə edir ANALİZ

Nəzarətsiz zona hesab olunan sosial şəbəkələrin imkanlarından geninə-boluna istifadə edən dağıdıcı müxalif ünsürlər sifarişli yazılar yazır, pozucu xarakterli videolar paylaşırlar. Bəzən elə cümlələr, ifadələr seçirlər ki, sanki İrəvanda oturub, Azərbaycanın maraqlarına zərbə vurmağa çalışan revanşistlərdir. Halbuki Azərbaycanda doğulublar və Azərbaycanın sosial-iqtisadi imkanlarından, demokratik təsisatlarından bəhrələnirlər. Lakin fəaliyyətlərini inkarçılıq üzərində qurub, ölkəmizin imicinə zərbə vurmağa çalışan cəhdlər göstərirlər. Əli Kərimli hər fürsətdə ağzıgöyçəklik edərək banlayır ki, guya ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsində ciddi problemlər var, sərbəst toplaşmaq azadlıqları pozulur və bu kimi digər insanı heyrətə gətirən şər və böhtan xarakterli fikirlər. Bütün dünya xalqlarının, xüsusi ilə də nüfuzlu beynəlxalq təşkilatların etiraf etdikləri reallıq ondan ibarətdir ki, Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı heç bir problem yoxdur. Seçkilərdə əhali azad və demokratik şəkildə öz iradələrini ifadə edirlər. İstənilən şəxs, o cümlədən də siyasi partiya funksionerləri istədiyi formada və istədiyi tərzdə fikirlərini ifadə edə bilirlər. Əgər insan hüquqları sahəsində əngəllər olsa idi, Ə.Kərimli, C.Həsənli, A.Hacılı, F.Qəhrəmanlı, S.Həzi və digərləri başqalarının şəxsiyyətini və ləyaqətini alçaldan, dövlətin atributlarını təhqir etdiklərinə görə, həbsxanalarda olardılar. Onlar isə azadlıqdadırlar və yaradılan imkanlardan istifadə edərək, xalqımızın milli və dövlətçilik maraqlarına qarşı hədyanlar səsləndirirlər.

Burada səslənən təhqirlər Avropanın hansısa ölkəsində səsləndirilsə idi, dərhal onlar damğalanardılar

Əgər Ə.Kərimli, C.Həsənli, A.Hacılı, F.Qəhrəmanlı, S.Həzi və digərləri Azərbaycanda oturub, Azərbaycanın əleyhinə səsləndirdikləri təhqirləri, şər və böhtanları Avropanın hansısa ölkəsində səsləndirsə idilər, dərhal onlar damğalanardılar. Fakt ondan ibarətdir ki, bu gün Fransada, İngiltərədə, ABŞ-da, Norveçdə, Almaniyada və digər dövlətlərdə sosial şəbəkələr tam şəkildə dövlətin nəzarəti altındadır. Kimsə qanunlara zidd paylaşmalar edərsə, dərhal cərimələnirlər, hətta həbs edilənlər də olur. Azərbaycanda isə bu günə qədər yazdığı statusuna və ya paylaşdığı videosuna görə cəzalanan isifadəçi olmayıb. Cinayət əməli törədənlər varsa, onlar cəzasız qala bilməz. Bu hal bütün dünya da belədir. Heç kim qanundan üstün ola bilməz. Məsəl var deyərlər, “qanun şahdır, şah qanun deyil”. Ona görə də, demokratik ənənələrə, hüquqi aspektlərə sadiq olan Azərbaycan qanunvericilik aktlarını pozan istənilən şəxsin hüquqi məsuliyyətə cəlb edilməsini təmin edir. AXCP sədr müavini Ayaz Məhərrəmov Şirvan şəhərində başqasının evinə qanunsuz olaraq daxil olub, həmin mənzili qarət etmək istəyirsə, onun həbs edilməsi niyə təəccüb doğurmalıdır ki? Qubad İbadoğlu saxta xarici valyutanı Azərbaycanda dövriyyəyə buraxmağa cəhd edirsə və buna görə həbs olunursa, nədən yerli və xarici qüvvələr hay-küy qaldırırlar.

Heç kim qanundan üstün ola bilməz

Özünü iş adamı kimi təqdim edən Nazim Baydəmirli bir qrup şəxsin inamından və etibarından istifadə edərək onların əmlaklarını ələ keçirsə və buna görə şikayət əsasında məsuliyyətə cəlb edilirsə, niyə buna görə əsassız şər və böhtanlar yayılır. Nəzərə almaq lazımdır ki, N.Baydəmirli Cinayət Məcəlləsinin 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Rəsmi məlumatda deyilir ki, N.Bəydəmirli vətəndaş müraciəti əsasında saxlanılıb.Qeyd edilib ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Göründüyü kimi, N.Baydəmirli tam şəkildə vətəndaşın şikayəti əsasında saxlanılıb və haqqında qanunvericiliyin tələbələrinə müvafiq olaraq istintaq araşdırmaları aparılır. Bundan sonra hay-küy qaldırmaq və həbs oluna şəxsləri “siyasi məhbus” kimi təqdim etməyə çalışmaq, sadəcə, boş və mənasız yerə şou yaratmağa cəhddən başqa bir şey deyil. Əgər istintaq araşdırmasından narazılıq varsa, onu yuxarı məhkəmə orqanlarına və ya prokurorluğa şikayət etməklə aradan qaldırmaq və düyünlərə aydınlıq gətirmək olar. KİV-lər də məsələni müzakirə etmək, sadəcə, istintaq orqanlarına bilərəkdən təzyiq göstərməkdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
sesqazeti.az

2Mənbələr